“Qarabağ”ın rəqibi braziliyalı müdafiəçisini itirə bilər
17.08.2013 - 10:54
“Qarabağ”ın Avropa Liqasının son təsnifat mərhələsində rəqibi olan “Ayntraxt” əsas futbolçularından olan Anderson Bambanı əldən buraxa bilər. Apasport.az saytının məlumatına görə, 25 yaşlı braziliyalı müdafiəçi ilə maraqlanan Moskva “Spartak”ı onu hazırkı transfer dövründə almaq fikrindədir.
“Flamenqo”nun yetirməsi olan Anderson karyerasının böyük hissəsini Almaniyada keçirib. Belə ki, o, “Bayer”, “Fortuna”, Mönhenqladbaxt “Borussiya”sında da oynayıb. 2011-ci ildən Frankfurt təmsilçisində çıxış edən Andersonun transfer qiyməti 3 milyon avrodur. Onun klubu ilə 2015-ci ilin iyununa kimi müqaviləsi var.
Qeyd edək ki, “Qarabağ” almaniyalılarla ilk oyunu avqustun 22-də öz meydanında keçirəcək.

0
0