Nikolas Kanales: “Neftçi” mənim üçün yaxşı təcrübə oldu
17.08.2013 - 11:09
Nikolas Kanales: “Neftçi” mənim üçün yaxşı təcrübə oldu
“Hesab edirəm ki, “Neftçi”də keçirdiyim mövsüm mənim üçün boşa getmədi. Bu komandada çıxış etmək mənim üçün yaxşı təcrübə oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin çilili sabiq futbolçusu Nikolas Kanales vətənində verdiyi müsahibədə deyib.

Ötən çempionatımızda vurduğu 26 qolla ən sərrast futbolçu olan hücumçu müqaviləsini uzatmayaraq, karyerasını yenidən vətənində davam etdirəcək. Belə ki, “Kolo Kolo”ya keçən Nikolas ölkəmizdə çıxışına qiymət verib: “Mən Azərbaycana getmək istəyirdim. Hərçənd bu ölkə mənim üçün tanış deyildi. Ancaq “Neftçi”nin Çempionlar Liqasının təsnifat mərhələsində oynayacağını bilirdim. Düzdür, biz bu turnirdən kənarda qalsaq da, sonradan Avropa Liqasının qrupuna düşdük. Orada “İnter”, “Rubin” kimi klublara qarşı oynadıq”.