“Bakıda qalib gələcəyimizə məndə heç bir əminlik yoxdur”
17.08.2013 - 12:30
Rusiya milli komandasının futbolçusu Artyom Dzyuba 2014-cü il dünya çempionatının seçmə mərhələsində son rəqibləri olan Azərbaycan yığmasından çəkinir. Apasport.az saytının məlumatına görə, “Spartak”ın “Rostov”a icarəyə verdiyi hücumçu millimizə oktyabrın 15-də səfərdə qalib gələcəklərinə əmin deyil.
Onun sözlərinə görə, Şimali İrlandiya ilə Belfastdakı 0:1 hesablı məğlubiyyət onlara sonda baha başa gələ bilər: “Bəli, 2 dəfə Lüksemburqa, evdə İsrail yığmasına qalib gələrik. Bəs Azərbaycanla Bakıdakı oyun? Məsələn, məndə heç əminlik yoxdur ki, biz orda qalib gələcəyik...Bax onda Belfastdakı matç tam proqramı ilə əks-sədasını verəcək”.

0
0