Almanların “Ayntraxt” - “Qarabağ” oyununa bilet satışı ilə bağlı müqayisəsi
17.08.2013 - 14:45
“Qarabağ”ın Avropa Liqasının son təsnifat mərhələsində “Ayntraxt”la səfər oyununda anşlaq olacağı gözlənilir. Apasport.az saytının məlumatına görə, avqustun 29-da Frankfurtda keçiriləcək cavab matçına bilet satışı yaxşı templə davam edir.
Almanlar konkret rəqəm açıqlamasa da, bilet satışında artımın olduğu məlumdur. Hər halda, hələ ötən həftə püşk atılanda artıq 45 min biletin satıldığı açıqlanmışdı.
Biletlə bağlı Almaniya mətbuatına maraqlı müqayisə aparılıb: “Ayntraxt”ın son təsnifat mərhələsinə ev oyununa 43 min bilet satılmışdı. Bu, hələ rəqib müəyyənləşməyəndə belə idi. Satışın davam etməyi yaxşı göstəricidir. Onu nəzərə alaq ki, Ağdamın “Qarabağ” klubu heç də Avropanın tanınmış komandalarından biri sayılmır”.

0
0