“İnter”dən 3-cü məğlubiyyət
18.08.2013 - 21:04
“İnter”dən 3-cü məğlubiyyət
Bu gün Topaz Premyer Liqasının III turu çərçivəsində daha 3 qarşılaşma keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk oyunu xal üzünə həsrət qalan paytaxt təmsilçiləri arasında olub.

“Bakı” ardıcıl iki məğlubiyyətdən sonra baş məşqçi postunda dəyişiklik edib, yenidən Vladislav Qədirova tapşırılan “Rəvan”la qarşılaşıb. Paytaxtın eyniadlı təmsilçisi rəqibinə darmadağınla əsl futbol dərsi keçib – 5:0.

Digər paytaxt derbisində hesabında xal olmayan “İnter” AZAl-ı qəbul edib. İlk 2 matçda olduğu kimi bu dəfə də hesabı açan “İnter” rəqibinin əzmkar qələbəsinə şahid olub – 1:2.

Günün ən maraqlı oyunu isə “Qarabağ”la “Xəzər Lənkəran” arasında olub. İlk 2 turda olduğu kimi yenə qələbə qazanan Qurban Qurbanovun yetirmələri 1 günlük fasilədən sonra liderliyi özünə qaytarıb.

Tura sabah Sumqayıtda yekun vurulacaq ki, “Qəbələ” qələbə seriyasını davam etdirməyə çalışacaq. Bu matçda sumqayıtlıların 3 futbolçusu keçmiş komandasına qarşı oynayacaq. Bunlar son illərdə “Qəbələ”də oynayan, millimizin də üzvləri olan qapıçı Anar Nəzirov, müdafiəçi Vurğun Hüseynov və yarımmüdafiəçi Aleksandr Çertoqanovdur.

18 avqust
“Bakı” – “Rəvan” – 5:0
QOLLAR: Yure Travner, 9, Mindauqas Kalonas, 11, 39, Cavid Hüseynov, 79, Aleksandar Soliç, 82
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Munis Abdullayev, Sərxan İsmayılov
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

“Qarabağ” – “Xəzər Lənkəran” – 2:0
QOLLAR: Nikolas Gelaşvili, 25, Rişard Almeyda, 60-p.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Mehman Mahmudov, Ramil Diniyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev
Bakı. “Bakcell Arena” stadionu

“İnter” – AZAL – 1:2
QOLLAR: Ruslan Əmircanov, 30 – Viktor İqbekoyi, 42, 67
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov
Bakı. “Şəfa” stadionu

19 avqust
18:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Tahir Əhmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu



komandaoqhmtx
1
Qarabağ
3
3
0
0
9-2
9
2
Neftçi
3
3
0
0
7-1
9
3
Qəbələ
2
2
0
0
5-3
6
4
AZAL
3
2
0
1
4-5
6
5
Simurq
3
1
1
1
2-1
4
6
Bakı
3
1
0
2
6-3
3
7
Xəzər L3
0
2
1
1-3
2
8
Sumqayıt
2
0
1
1
2-6
1
9
İnter
3
0
0
3
4-7
0
10
Rəvan
3
0
0
3
0-9
0

Bommbardirlər: Bahodir Nasimov (Neftçi), Marinaldo da Silva (Qarabağ), Mindauqas Kalonas (Bakı),Viktor İqbekoyi (AZAL) – hərəyə 3 qol