“Xəzər Lənkəran”dan etiraz
18.08.2013 - 21:20
“Xəzər Lənkəran”dan etiraz
Topaz Premyer liqasının III turunun “Qarabağ”la oyununun hakimliyi “Xəzər Lənkəran”ın ciddi narazılığına səbəb olub. Apasport.az saytının məlumatına görə, referi Rəhim Həsənovun idarəçiliyindən narazı qalan cənublular matçdan sonra oyunun protokoluna öz şikayətlərini qeyd edib.

“Xəzər Lənkəran”ın əsas narazılığı 0:2 hesabı ilə uduzduğu matçda vurulan 2-ci qol zamanı penalti epizodu ilə bağlıdır. Həmin epizodda Adrian Skarlatakeyə sarı vərəqə göstərən ədalət təmsilçisinin penalti qərarı mübahisəyə səbəb olmuşdu.

Cənublular ilk yarıda Maksim Medvedevin hərəkətlərinə göz yumulmasından da narazı qalıb. Belə ki, müdafiəçinin Sadio Tounkaraya qarşı dəfələrlə kobudluğa yol verməsinə hakim biganə qalıb.