Milinko Pantiç: Üzərimizdə təzyiq var idi
18.08.2013 - 21:50
Milinko Pantiç: Üzərimizdə təzyiq var idi
“İlk dəqiqələrdən sonadək komandalar mübarizə apardı. Qələbəyə görə futbolçularıma təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.

Topaz Premyer Liqasının III turunun “Rəvan”la oyununda qazanılan 5:0 hesablı qələbəyə şərh verən serbiyalı istidən şikayətlənib: “İsti havada oynamaq çətin idi. Son iki məğlubiyyətdən sonra üzərimizdə təzyiq var idi. Qələbə qazanmağımız məni sevindirir. Qələbələrimizin ardını gətirəcəyimizə inanıram”.

Mənbə: pfl.az