“5 top buraxmağımıza baxmayaraq, qapıçımız yaxşı oynadı”
18.08.2013 - 22:05
“5 top buraxmağımıza baxmayaraq, qapıçımız yaxşı oynadı”
“Rəqibi təbrik edirəm. Ağır məğlubiyyət aldıq”. Apasportaz saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Topaz Premyer Liqasının III turunun “Bakı” ilə oyunu haqda fikirlərini açıqlayan çalışdırıcı 0:5 hesablı məğlubiyyətdə erkən qolun rolunu vurğulayıb: “İlk dəqiqələrdə qol buraxmağımız pis oldu. Aparıcı oyunçumuz Miloş Adamoviç cəzalı olduğundan bugünkü oyunda iştirak edə bilmədi. 5 top buraxmağımıza baxmayaraq, qapıçımızın oyununu qeyd etməliyəm, yaxşı oynadı. Komandamız öz üzərində işləməlidir”.

Mənbə: pfl.az