Əvvəl heç-heçə, ardınca qələbə
19.08.2013 - 09:12
Əvvəl heç-heçə, ardınca qələbə
Bolqarıstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bolqarıstanın müvafiq yaş qrupuna aid milli komandası ilə yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb.

Bolqarıstan millisinin qapısından topları Aliyə Vəliyeva və Aysun Əliyeva keçirib.

Qeyd edək ki, rəqiblər arasında ilk matç 1:1 hesabı ilə başa çatmışdı.

Mənbə: affa.az