Rəqibimiz qrupda qaldı
19.08.2013 - 09:36
Rəqibimiz qrupda qaldı
Qadın voleybolçular arasında dünya Qran-prisinin III mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, baş tutan IX turdan sonra final mərhələsinə yüksələn millilərin adları məlum olub.

20 komandanın iştirakı ilə baş tutan yarışda Çin (25 xal), Braziliya, Serbiya (hər ikisi 23), ABŞ (22) və İtaliya (21) yığmaları həlledici mərhələyə vəsiqə qazanıb. Turnir cədvəlində 6-cı olan Yaponiya (19) isə final mərhələsində ev sahibi kimi iştirak edəcək.

Qeyd edək ki, mərhələ yarışlarında Avropa çempionatının final mərhələsində Azərbaycanla eyni qrupda yer alan Rusiya da mübarizə aparıb və 5-ci yerdən 2 xal geri qalmaqla, mübarizəni vaxtından əvvəl dayandırıb.