“Qəbələ” “Sumqayıt”la bacarmadı
19.08.2013 - 18:54
“Qəbələ” “Sumqayıt”la bacarmadı
Bu gün baş tutan 1 oyunla Topaz Premyer Liqasında III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk 2 oyunda maksimum nəticə göstərən “Qəbələ” turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Sumqayıt”ın qonağı olub.

Yuri Syominin yetirmələri İlk 2 turdakı uğurlu seriyanı davam etdirə bilməyib. Səfərdə erkən qolla hesabda geriyə düşən qonaq komandaya Kamananın bərabərlik qolu da kömək etməyib. Oyunun 62-ci dəqiqəsində Ruslan Qurbanovun qoluna mane ola bilməyən “Qəbələ” meydandan 2:1 hesabı ilə məğlub ayrılıb.

Ötən tur səfərdə “Qarabağ”a böyük hesabla məğlub olan “Sumqayıt” doğma azarkeşləri önündə sevinib. Güclü rəqibinə qarşı inamlı təsir bağışlayan ev sahibi komanda 2 qolla 3 xal qazanıb.


19 avqust
“Sumqayıt” – “Qəbələ” - 2:1
QOLLAR: Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62(pen.) - Yannik Kamanan, 14
Qırmızı vərəqə: Volodimir Levin, 61
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Tahir Əhmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

“Sumqayıt”: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 5. Kərim Diniyev, 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev, 91. Vüqar Əsgərov
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 4. Samir Abasov, 11. Ruslan Nəsirli, 20. Sabir Allahquliyev, 22. Zaur Həşimov, 77. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə
Baş məşqçi: Aqil Məmmədov

“Qəbələ”: 27. David Pietrzkeviç, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva, 84. Dejan Kelhar
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 5. Sadiq Quliyev, 8. Nizami Hacıyev, 15. Umar Kalabane, 18. İbrahima Niasse, 19. Abdulvahid Afolabi, 22. Lorival Assis
Baş məşqçi: Yuri Syomin

N
Klublar
O
Q
H
M
T-F
X
1
Qarabağ
3
3
0
0
9-2
9
2
Neftçi
3
3
0
0
7-1
9
3
Qəbələ
2
2
0
0
5-3
6
4
AZAL
3
2
0
1
4-5
6
5
Simurq
3
1
1
1
2-1
4
6
Bakı
3
1
0
2
6-3
3
7
Xəzər Lənkəran
3
0
2
1
1-3
2
8
Sumqayıt
2
0
1
1
2-6
1
9
İnter
3
0
0
3
4-7
0
10
Rəvan
3
0
0
3
0-9
0

Bombardirlər: Bahodir Nasimov (Neftçi), Marinaldo da Silva (Qarabağ), Mindauqas Kalonas (Bakı),Viktor İqbekoyi (AZAL) – hərəyə 3 qol