“Ayntraxt” 3,2 milyon avroya hücumçu aldı
19.08.2013 - 10:00
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Frankfurt təmsilçisi hücum xəttini gücləndirmək məqsədilə heyətinə yeni legioner qatıb.
Bundesliqa klubu çexiyalı futbolçu Vatslav Kadletslə 4 illik müqavilə imzalayıb. Bunadək yalnız Praqa “Sparta”sında çıxış edən hücumçunun transferi 3,2 milyon avroya başa gəlib.
Qeyd edək ki, 21 yaşlı hücumçu artıq Çexiyanın əsas yığmasında da qol hesabını açmağa nail olub. Onun hesabında 2 oyuna 1 qol var.

0
0