Braziliyada ilin qolu - VİDEO
19.08.2013 - 09:53
Braziliyada ilin qolu - VİDEO
Braziliyanın “Qremio” klubunun futbolçusu Ramiro 2013-cü ilin ən gözəl qollarından birinə imza atıb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı müdafiəçi “Vasko da Qama” ilə görüşün qəhrəmanına çevrilib.

Ramiro A seriyasının XV turunun səfər qarşılaşmasında hesab 1:1 olarkən səhnəyə çıxıb. Arxa xətt oyunçusu təxminən 27 metrdən vurduğu gözəl zərbə ilə “doqquzluğ”a düşüb. Bu qolla müqaviməti qırılan meydan sahibləri sonda 1:3 hesabı ilə uduzublar.