Millimizin hücumçusu “Ayntraxt”a qarşı oynadı
19.08.2013 - 10:42
Millimizin hücumçusu “Ayntraxt”a qarşı oynadı
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Almaniya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, hücumçumuz Cənub-Qərb Regionalliqasında keçirilən “Ayntraxt” (Trir) – “Kayzerslautern-2” matçının iştirakçısı olub.

Rüfət qolsuz heç-heçə ilə nəticələnən matçda cəmi 8 dəqiqə meydanda olub. Belə ki, hücumçu “Ayntraxt”la görüşün 82-ci dəqiqəsində komanda yoldaşını əvəzləyib.

Qeyd edək ki, 3 oyundan sonra hesabında 2 xal olan “Kayzerslautern-2” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.