“Yuventus” Superkuboku darmadağınla qazandı
19.08.2013 - 10:59
İtaliya Superkubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempion “Yuventus” Romadakı Olimpiya stadionunda kubokun sahibi “Latsio”ya 4:0 hesabı ilə qalib gəlib.
Turinlilər ikinci hissənin əvvəlində 4 dəqiqəyə 3 qol vurmaqla oyunun taleyini həll ediblər. 23-cü dəqiqədə Pol Poqba hesabı açıb. 52-ci dəqiqədə Corco Kyellini, 54-cü dəqiqədə Stefan Lixtnşayner, 56-cı dəqiqədə isə yeni transfer, argentinalı hücumçu Karlos Teves fərqlənib.
Bununla, “Yuventus” 5-ci dəfə Superkuboku qazanaraq, “Milan”a çatıb. “Latiso” isə bu turnirdə ən böyük hesablı məğlubiyyətini alıb. Bu komandaların 1998-ci ildə Superkubokda dueli romalıların 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

0
0