“Qarabağ” – “Ayntraxt” matçının baş hakimi müəyyənləşdi
19.08.2013 - 12:23
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində keçiriləcəyi oyunların hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ağdamlıların “Ayntraxt”la (Almaniya) ilk matçına polşalı, cavab oyununa portuqaliyalı hakimlər təyinat alıb.
Frankfurt təmsilçisi ilə ilk matç polşalı Şimon Marçinyaka tapşırılıb. 32 yaşlı FİFA referisi avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada fit çalacaq. Ona kömək edəcək həmyerlilərinin adı hələ dəqiqləşməyib. Onun idarə edəcəyi “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:00-da başlayacaq.
Marçinyak ötən il sentyabrın 11-də millimizin Portuqaliya ilə DÇ-2014-ün seçmə mərhələsindəki qarşılaşmanın da hakimi olub. Həmin matçda yığmamız 0:3 hesabı ilə uduzub.
Avqustun 29-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək cavab qarşılaşmasını isə portuqaliyalı Duarte Qomes idarə edəcək. 40 yaşlı FİFA hakimi 2002-ci ildən bu statusu daşıyır. UEFA-nın I kateqoriyalı hakimi olan portuqaliyalı 2006-cı il oktyabrın 27-də U-19-ların Azərbaycan – Ermənistan oyununu idarə edib.
Həmin vaxt millimiz 2:1 hesabı ilə qalib gəlmişdi. Bundan 5 gün sonra isə portuqaliyalı həmin Arif Əsədovun çalışdırdığı yığmamızın Kiprlə heç-heçəsində iş başında olmuşdu – 1:1. Bank işçisi olan Qomesə Almaniyadakı oyunda həmyerlilərindən ibarət briqada kömək edəcək.

0
0