Qəzaya düşən futbolçu: Şəkilləri pozun! - FOTO
19.08.2013 - 13:11
Qəzaya düşən futbolçu: Şəkilləri pozun! - FOTO
“Qalatasaray”ın futbolçusu Səlcuk İnan xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, futbolçu ötən gecə Ulusda sevgilisinin idarə etdiyi son model “Porsche Cayenne” markalı avtomobildə qəzaya düşüb.

Maşın yolun qarşı tərəfinə keçən taksi ilə toqquşub. Hadisə zamanı heç kim yaralanmasa da, Səlcukla jurnalistlər arasında gərginlik yaşanıb.
Belə ki, xəbərin tez yayılması İnanı əsəbiləşdirib. O, israrla jurnalistlərdən çəkdikləri şəkillərin pozulmasını istəyib.