“Ayntraxt”ın kapitanı “Qarabağ”la oyunlardan danışdı
19.08.2013 - 14:40
“Ayntraxt”ın kapitanı “Qarabağ”la oyunlardan danışdı
“Ayntraxt”ın kapitanı Pirmin Şveqler Avropa Liqasının sonuncu təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunlara nikbin baxır. Apasport.az saytı xəbər verir ki, 26 yaşlı isveçrəli müdafiəçi avqustun 22-də Bakıda, 29-da Frankfurtda keçiriləcək matçların yekununa görə qalib olacaqlarına inanır.

2009-cu ildən şərəfini qoruduğu “Ayntraxt”da 110 oyunda 6 qol vuran İsveçrə yığmasının üzvü məqsədlərini açıqlayıb: “Bundesliqada uğursuz mövsümün aldadıcı olduğunu göstərmək fikrindəyik. Biz Avropa Liqasında qarşıdakı oyunlarda yaxşı nəticə əldə etmək istəyirik. Məqsədimiz “Qarabağ”ı keçib, qrupa vəsiqə qazanmaqdı. Burada yer almaq bizim üçün faydalı olacaq”.