Subaşiçli “Orduspor” “Adanaspor”u darmadağın etdi - YENİLƏNİB
19.08.2013 - 22:56
Subaşiçli “Orduspor” “Adanaspor”u darmadağın etdi - YENİLƏNİB
Türkiyə çempionatının I Liqasında I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son qarşılaşması Adanada baş tutub. Yerli “Adanaspor”la “Orduspor”un qarşılaşması Azərbaycan milli komandasının daha bir futbolçusunun Türkiyədə debütü ilə əlamətdar olub.

Yığmamızın ən yaxşı bombardirləri siyahısında qərarlaşan Branimir Subaşiçin “Orduspor”da ilk oyunu uğurlu alınıb. Onun komandası səfərdə 4:0 hesabı ilə qalib gəlib. Start heyətində meydana çıxan hücumçumuz 90 dəqiqə ərzində qol vurmasa da, oyunu yaxşı alınıb. Hücumda rəqibi gərginlikdə saxlayan Subaşiçin fərqlənməsinə 64-cü dəqiqədə dirək mane olub. Türkiyəli həmkarlarımız onun oyununu 7 xalla qiymətləndirib. Qarşılaşmanın iştirakçılarından yalnız 4-ü daha yüksək qiymət alıb.

Qeyd edək ki, turun ilk 2 günündə Fərid Quliyevlə Saşa Yunisoğlu da Türkiyədə debüt etmişdi.

Türkiyə, PTT 1-ci Liqa
19 avqust


“Adanaspor” – “Orduspor” – 0:4
Qol: U. Bayraktar, 26, T. Üzümçü, 36, M. Landel, 47, 73