“Tarix yazmağa davam edəcəyik”
20.08.2013 - 03:56
“Yuventus”un baş məşqçisi Antonio Konte komandasının yeni mövsümdəki hədəflərindən danışıb. Apasport.az saytının məlumatına görə, “Latsio” üzərində 4:0 hesablı qələbədən sonra İtaliya mətbuatına danışan təcrübəli mütəxəssis iddialı açıqlamalar verib.
Konte komandasının tarix yazacağını deyib: “Həmişə sakinəm. Çünki komandamın nümayiş etdirəcəyi çıxışdan əminəm. Tarix yazmağa davam edəcəyik. Komandam qələbəni tamamilə haqq etdi. Cari mövsümün əvvəlində çox gərgin hazırlıq prosesi keçirdik. İstədiyimiz oyunu meydanda göstərə bildiyimiz üçün çox şadam”.
Qeyd edək ki, Konte 2011-ci ildən bəri “Yuventus”u çalışdırır.

0
0