“Böyük oyun”un hazırlıqları başladı
20.08.2013 - 04:38
“Böyük oyun”un hazırlıqları başladı
Premyer Liqanın III turunda “Qarabağ”la səfərdə keçirilən qarşılaşmadan sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün yenidən bir araya gəlir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” Bakıda toplanaraq “Modern” otelinin qarşısından saat 10:00-da Lənkərana yola düşəcək.

Lənkərana çatdıqdan sonra özünün baza-otelində qısa müddətli istirahətə çəkiləcək komanda saat 19:00-da stadionun yardımçı meydançasında məşqə çıxacaq. Bununla da “Xəzər Lənkəran” Premyer Liqanın IV turu çərçivəsində avqust ayının 25-də “Neftçi” ilə “Fırtınalar meydanı”nda baş tutacaq “Böyük oyun”un hazırlıqlarına start verəcək. (Mənbə: 12cioyuncu.info)