Fatih Terim Türkiyə millisinə qayıdır?
20.08.2013 - 05:54
Fatih Terim Türkiyə millisinə qayıdır?
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim yenidən Türkiyə millisinə qayıda bilər. Apasport.az saytının xəbərinə görə, artıq Türkiyə Futbol Federasiyası (TFF) bununla bağlı fəaliyyətə başlayıb.

Yerli media TFF-nin sabiq rəsmilərindən olan Göksəl Gümüşdağın 59 yaşlı mütəxəssislə görüşdüyünü və onun yığmaya mümkün qayıdışını müzakirə etdiyini yazır.

Terim isə cavabında “Qalatasaray”ı tərk etməyəcəyini, amma lazım gələrsə, həm millini, həm də hazırkı komandasını çalışdıra biləcəyini deyib.

Qeyd edək ki, hazırda Türkiyə millisinə Abdullah Avcı rəhbərlik edir.