“Qarabağ”ın ilklərə imza atdığı gün
20.08.2013 - 10:52
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının keçiriləcəyi tarix Azərbaycan klubları üçün uğurlu deyil. Apasport.az saytının məlumatına görə, Almaniya “Ayntraxt”ını (Frankfurt) qəbul edəcək “Qarabağ”a qədər 2 dəfə təmsilçilərimiz avqustun 22-də meydana çıxıb.
1995-ci ildə “Kəpəz” Avstriyada “Austriya”nın (Vyana) qonağı olub. Həmin görüş avrokuboklarda ilk qolumuzla əlamətdar olsa da, sonda darmadağınla baş çatıb – 1:5.
1 il sonra isə “Qarabağ” Finlandiyada “MüPA” ilə görüşüb. Həmin matç səfərdə uduzulmayan ilk qarşılaşma, ağdamlıların ilk qolu və xalı, həmçinin 1-ci dəfə təmsilçimizin taleyinin əlavə vaxtda həll olunması ilə yadda qalıb.
90 dəqiqə ərzində rəqibindən üstün olan “Qarabağ” məhz son 30 dəqiqədə buraxdığı qolla mübarizəni dayandırıb – 1:1. Göründüyü kimi,
avqustun 22-də komandalarımız qələbə qazana bilməyib. Lakin səfər matçlarında təmsilçilərimiz meydanı qolsuz tərk etməyib.

0
0