“Qarabağ”a qarşı 2 variant
20.08.2013 - 10:54
“Ayntraxt” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı səfər oyununa hansı taktika ilə çıxacağını hələ dəqiqləşdirməyib. Apasport.az saytının məlumatına görə, Frankfurt təmsilçisinin baş məşqçisi Armin Fe Bakıdakı matçda 2 taktika üzərində fikirləşir.
Belə ki, komandası ilk 2 turda uduzduğu “Herta” və “Bavariya” ilə matçlarda müvafiq olaraq, 4-4-2 və 4-2-3-1 taktiki sxemlərindən istifadə edib. Ancaq 2 hücumçu ilə oynamaq Feyə Berlində baha başa – 1:6 hesablı məğlubiyyətlə gəlib.
Üstəlik, “Ayntraxt”da cəmi 2 hücumçu olduğundan, çempionla pis təsir bağışlamadığı matçda olduğu kimi, Bakıda da ilk dəqiqələrdən 1 hücumçu ilə oynayacağı gözlənilir. Almaniyalı həmkarlarımız bununla arxa xəttin daha stabil olduğunu yazır.
Qeyd edək ki, almanları avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionundakı matçda dəstəkləmək üçün 700-800 azarkeşin gələcəyi bildirilir.

0
0