“Simurq” israilli futbolçu ilə müqavilə imzaladı
20.08.2013 - 14:04
İsrailli futbolçu İdan Veytzmanın "Simurq"a keçidi rəsmiləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandada baxışda olan 28 yaşlı müdafiəçi ilə 1 illik rəsmi müqavilə imzalanıb.
Cari mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq legioner 20 nömrəli formanı geyəcək.
Qeyd edək ki, karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq İdanın sonunçu klubu “Bney Saxnin” olub. Ölkəmizdə çıxış edəcək ilk israilli futbolçu kimi tarixə düşən müdafiəçi "Hapoel” (Hayfa), "Hapoel” (Aşdod) və "Ramat Qan”da forma geyib.

0
0