Yığmamızın baş məşqçisi: “Betis” daha artığına layiqdi
20.08.2013 - 14:53
Yığmamızın baş məşqçisi: “Betis” daha artığına layiqdi
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Patrisiya Qonzales Bolqarıstanda keçirilən təlim-məşq toplanışından razı qalıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstan yığması ilə yoldaşlıq oyunlarının (1:1 və 2:1) nəticələri də ispaniyalı mütəxəssisi məmnun edib.

Bunu Qonzalesin özü açıqlayıb: “Bolqarıstanda keçirilən təlim-məşq toplanışını uğurla başa vurduq. Komandamız burada 1 qələbə qazanıb, 1 heç-heçə etdi. Növbəti dayanacağım isə İspaniyadır. Qısa müddətə vətənə qayıtmaq imkanı əldə etdim”.

Qonzales İspaniya çempionatının ilk turu haqda da fikirlərini açıqlayıb. Mütəxəssis Madrid “Real”ına 1:2 hesabı ilə uduzan “Betis”in oyununu bəyənib: “Betis” ilk oyunu ilə çox xoşuma gəldi. Mən belə düşünürəm ki, bu komanda daha artığına layiqdir”.