“Qarabağ” - “Ayntraxt”: 2 manatlıq bilet qalmadı, qazon düzəldi
20.08.2013 - 16:23
“Kassalarda “Qarabağ” - “Ayntraxt” görüşünə bilet satışı davam edir. Biletlərin qiyməti 1-2, VİP-ə isə 50 manatdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
Avropa Liqasının son təsnifat mərhələsi çərçivəsində avqustun 22-də mərkəzi arenada keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyununa hazırlıq davam edir.
İsmayılov bütün sektorlar üzrə biletlərin satışa çıxarıldığını bildirib: “Qarabağ”ın hissə-hissə bizə verdiyi biletlərin satışını stadionun kassalarında həyata keçiririk. Məndə olan son məlumata görə, 15 mindən yuxarı bilet satılıb. Almaniyalı azarkeşlər üçün 27-28-ci sektorlar nəzərdə tutulub. Həm onlar, həm də ümumiyyətlə, stadionda təhlükəsizlik məsələlərinə hazırlıq gedir”.
“Qarabağ” çempionatda son 2 ev oyununu “Bakcell Arena”da keçirməli oldu ki, bu da daxili yarışlarda da rəqiblərini qəbul etdiyi Respublika stadionunda hazırlıq işləri ilə bağlı idi. İsmayılov bunun ot örtüyü bağlı olduğunu bildirib: “Qazonla bağlı bir az dəyişiklik var. Çalışmışıq ki, onu daha yaxşı düzəldək”.
“Qarabağ”ın meneceri Asif Əsgərov isə biletlərin 2 məkanda satıldığını bildirib. Onun sözlərinə görə, satışın 80-85 faiz Respublika stadionunda, qalanı “Park Bulvar” Alış-Veriş Mərkəzində həyata keçirilir: “Hazırda olan məlumata görə, 20 mindən artıq bilet satılıb. 2 manatlıq biletlər qalmayıb, VİP-ə isə az qalıb. Əsasən 1 manatlıq biletlər öz sahiblərini gözləyir. Rəqib üçün 1000-1200 bilet ayırmışıq, qalanları satışdadır”.
O, “qara bazar”la bağlı olan məsələyə də aydınlıq gətirib. Belə ki, biletlərin oyun günün qiymətindən baha satılmağı halları müşahidə olunur: “Biz bunun qarşısını maksimum almağa çalışırıq. Azarkeşləri kassalara dəvət edirik. Orda nümayəndəmiz, mühafizə xidməti var, rahatca biletləri öz qiymətinə ala bilərlər”.
Mehman SÜLEYMANOV

0
0