Əvvəl Fe, ardınca Qurbanov
20.08.2013 - 17:37
Əvvəl Fe, ardınca Qurbanov
Avroliqanın play-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Ayntraxt” görüşündən öncə keçirilicək baş məşqçilərin mətbuat konfranslarının vaxtı məlum olub. Apasport.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, alman klubunun baş məşqçisi Armin Fe mediaya önünə sabah saat 18:00-da çıxacaq. Frankfurtluların məşqi isə bundan yarım saat sonra start götürəcək. “Ayntraxt”ın məşqi 15 dəqiqə media üçün açıq olacaq.

“Qarabağ”ın oyun öncəsi son məşqi saat 19:45-ə nəzərdə tutulub. Komandanın baş məşqçisi Qurban Qurbanov isə saat 20:30-da KİV nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı avqustun 22-də, saat 21:00-da başlayacaq.