Ərsun Yanal: Futbolçularıma güvənirəm
20.08.2013 - 18:39
Apasport.az saytının məlumatına görə, bu fikirləri “Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal bu gün İstanbulda keçirilən mətbuat konfransında bildirib.
Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Arsenal” klubu ilə sabahkı oyunu öncəsi fikirlərini açıqlayan türkiyəli mütəxəssis futbolçularına güvəndiyini deyib: “İki 90 dəqiqəlik oyuna çıxacağıq. Bu qarşılaşmaların öhdəsindən gələ biləcək komandamız var. Sabah oynayacağımız ilk matçda sərfəli nəticə qazanmaq istəyirik. Futbolçularıma güvənirəm. Superliqanın ilk turundakı məğlubiyyəti unudub bu oyuna köklənməliyik”.
Qeyd edək ki, “Fənərbaxça” – “Arsenal” matçı avqustun 21-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0
0