Filippo İnzaqi: Balotelli İtaliyanın ən güclü hücumçusudur
20.08.2013 - 19:55
Filippo İnzaqi: Balotelli İtaliyanın ən güclü hücumçusudur
Filippo İnzaqi sabiq klubu “Milan”ın futbolçusu Mario Balotellidən danışıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı oyunçuya təriflər yağdıran İnzaqi onun İtaliyanın ən güclü hücumçusu olduğunu deyib.

Keçmiş forvard Balotellinin cari mövsüm İtaliya A Seriyasının bombardiri olacağına inandığını bildirib: “Balotelli İtaliyanın ən güclü hücumçusudur. Bir “Milan” azarkeşi olaraq onun A Seriyasında bombardir olacağına inanıram. Bu onun, bizim və milli komandamız üçün çox önəmlidir”.

Qeyd edək ki, İnzaqi futbolçu karyerasını 2012-ci ildə başa vurub.