David Vilya: “Barselona”ya hörmətsizlik etmərəm
20.08.2013 - 21:09
Madrid “Atletiko”sunun “Barselona”dan transfer etdiyi futbolçusu David Vilya sabiq komandası ilə keçirəcəkləri İspaniya Superkuboku oyunu barədə danışıb. Apasport.az saytının məlumatına görə, mətbuata açıqlama verən 31 yaşlı hücumçu Kataloniya klubuna qol vursa, sevinəcəyini deyib.
Vilya artıq “Barselona”ya rəqib gözü ilə baxacağını bildirib: “Barselona”da bir çox dostlarım və unudulmaz xatirələrim var. Orada çox yaxşı bir mövsüm keçirdim. Lakin mübarizədə onlar mənim rəqibim olacaqlar. Ümid edirəm ki, həmin oyunda komandama kömək edə biləcəm. Vurduğum hər qola sevinəcəm. Amma bu sevincimi həddindən artıq göstərib onlara qarşı hörmətsizlik etmərəm”.
Qeyd edə ki, ispaniyalı forvard 2010-cu ildən 2013-cü ilə qədər “Barselona”da çıxış edib və 77 oyunda 33 qol vurub.

0
0