Venger: "Fənərbaxça” ilə oyuna yüksək səviyyədə hazırlaşırıq
20.08.2013 - 23:45
"Fənərbaxça”nın səviyyəli futbolçuları var. Bu baxımda legionerlərini xüsusi qeyd etmək istəyirəm. Rəqibə hörmətlə yanaşırıq və bu oyuna yüksək səviyyədə hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə bu fikirləri “Arsenal”ın baş məşqçisi Arsen Venger İstanbulda keçirilən mətbuat konfransında deyib.
Fransalı mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün səfərdə “Fənərbaxça” ilə keçirəcəkləri qarşılaşmanı şərh edib.
Venger komandasının ÇL-də böyük təcrübəyə sahib olduğunu bildirib: “Biz böyük təcrübəyə sahibik, ancaq nə olacağı matç bitdikdən sonra bilinəcək. Topa daha çox sahib olmaq istəyirik. Biz hər yerdə çıxıb öz oyunumuzu göstərmək istəyirik. Hər matçda əlimizdən gələni etdiyimiz kimi Türkiyədə də yaxşı oynamaq üçün çalışacağıq”.
Qeyd edək ki, Qeyd edək ki, “Fənərbaxça” – “Arsenal” qarşılaşması avqustun 21-də Bakı vaxtı ilə saat 23:45-də Şükrü Saracoğlu stadionunda keçiriləcək.

0
0