Yuri Syomin Rusiya mətbuatına “Qarabağ”dan danışdı
21.08.2013 - 05:46
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Azərbaycan Premyer Liqası ilə bağlı Rusiya mətbuatına açıqlama verib. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”la oyundakı hakim səhvlərindən danışan 66 yaşlı mütəxəssis “Qarabağ”ın Avroliqa sınağına da toxunub.
Syomin çempionluq uğrunda mübarizə aparan klub olduqlarını deyib: “Demək olar ki, “Mənim üçün burda süpriz qalmayıb. İstənilən çempionatda olduğu kimi, Azərbaycan Premyer Liqasında çempionluq uğurunda mübarizə aparacaq 3-4 komanda var. Şübhəsiz ki, “Qəbələ” də onlardan biridir. “Qarabağ”ın Avropa Liqasında Almaniya “Ayntraxt”ı ilə oyunlarına diqqət yetirərsiz. Bu, Azərbaycan futbolu üçün çox yaxşı test olacaq. Fikrimcə, “Qarabağ” duruş gətirə biləcək. Çox yaxşı komandadır”.
Təcrübəli mütəxəssis “Sumqayıt”la oyunundakı hakimliyə də toxunub: “Qəbələ” 3 turdan sonra turnir cədvəlinin üçüncü pilləsində yer alır. İlk iki oyundakı qələbədən sonra ilk dəfə məğlub olduq. “Hakimlik daha yaxşı ola bilərdi. Azarkeşlərimiz də hakimə etirazlarını bildirdi. Ümumilikdə normal başladıq. Təbii ki, havanı isti olması və meydançanın pis durumu oyunumuza təsir etdi, amma bunları bəhanə etmək olmaz. Düzünü desək, biz elə də yaxşı təsir bağışlamadıq”.

0
0