Respublika stadionunda 4 polşalı
21.08.2013 - 09:36
Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ayntraxt” oyununu idarə edəcək hakimlər briqadasının tam heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, polşalı baş hakim Şimon Marçinyaka həmyerliləri kömək edəcək. Ötən il sentyabrın 11-də Portuqaliyada millimizlə meydan sahiblərinin DÇ-2014-ün seçmə mərhələsindəki oyununu idarə edən FİFA referisinin həmin qarşılaşmadakı köməkçisi Pavel Sokolniçki də yenidən təmsilçimizin matçında olacaq. Digər köməkçilər isə 11 ay əvvəlki ilə müqayisədə fərqlidir. Onların işinə isə serbiyalı hakim-inspektor qiymət verəcək.
21:00. “Qarabağ” – “Ayntraxt” (Frankfurt, Almaniya)
Baş hakim: Şimon Marçinyak
Hakim köməkçiləri: Pavel Sokolniçki, Tomaş Listkeviç
Ehtiyat hakim: Pavel Raçkovski (hamısı Polşa)
UEFA nümayəndəsi: Mühmet Süheyl Önen (Türkiyə)
Hakim-inspektor: Zdravko Jokiç (Serbiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

0
0