Fatih Terim milli komandaya cavab verdi
21.08.2013 - 10:33
Fatih Terim Türkiyə millisinin baş məşqçisi postuna qayıtmaq variantına münasibət bildirib. Apasport.az saytı xəbər verir ki, Abdulla Avçının istefasından sonra media və sosial şəbəkələrdə haqqında yazılanlardan məlumatlı olduğunu deyən 60 yaşlı mütəxəssis hazırda çalışdırdığı “Qalatasaray” klubundan ayrılmaq fikrində deyil.
Terim deyib ki, adının 2008-ci ildə Avropa çempionatının bürünc medalını qazandığı “ay-ulduzlular”la yanaşı hallanması hər bir türkiyəli məşqçi kimi, onun üçün də qürurvericidir: “Üstəlik, bu, yığmaya illərini vermiş və formanın uğuru üçün həm idmançı, həm də baş məşqçi olaraq tək tökmüş biri üçün daha çox fəxr ediləsidi.
Həyatımın hər anını ölkə futbolunun uğuru və gələcəyini inşa etmək üçün mübarizə aparacaq biri olmağımdan da kimsənin şübhəsi olmamalıdır. Ancaq özünü “Qalatasaray”a bağlamış və bu ailənin bir üzvü olmaqda hər zaman qürur duymuş birinin ondan vaz keçəcəyinə inanmaq həqiqətdən uzaqdır. “Qalatasaray” məni buraxmadıqca, mən də “Qalatasaray”ı buraxmayacağam. Hər zaman olduğu kimi, düzgün məlumatların tərəfimdən doğru zamanda veriləcəyindən də kimsənin şübhəsi olmasın”.

0
0