Azərbaycana pul dalınca gəlib
21.08.2013 - 11:14
Azərbaycana pul dalınca gəlib
“İnter”lə yanaşı, başqa komandalar da məni heyətində görmək istəyirdilər. İtaliya “Livorno”su, Serbiya “Partizan”ı və Ərəbistan yarımadasının bir neçə klubu ilə danışıqlar gedirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun yeni transferi makedoniyalı İlço Naumoski deyib.

Son klubu Avstriyada “Mattersburq” olan 30 yaşlı hücumçu Azərbaycandan alan təklifi daha çox maliyyə məsələsinə görə seçdiyini gizlətməyib.

Naumoski əvvəl oynadığı və çıxış edəcəyi ölkə klublarının maliyyə durumunu müqayisə edib: “Partizan” Bakı təmsilçisi ilə müqavilə bağlamağımdan 1 gün əvvələdək məni heyətində görmək istəyirdi. Lakin mən “İnter”i seçdim. Bu yaşda yaxşı qazanmağı düşünmək normaldı. Bakı klubunda Avstriya ilə müqayisədə tam fərqli standartlardır. Bunu Avstriyadakı əmək haqlarını müqayisə etmək olmaz. Yalnız “Zalsburq” onlarla ayaqlaşa bilər”.

İlço Bakıda olduğu bir neçə gün ərzində paytaxtın gözəlliyinə də heyran qalıb: “Bakı arzuların şəhəridi. Hələlik oteldə tək qalıram. Burada hər şərait var”.

Futbolçu yeni klubunda legionerlərin, xüsusilə sabiq yuqoslaviyalıların çoxluğundan razıdır: “İnter” “Neftçi”nin əsas rəqiblərindən biridi. Komandada kifayət qədər legioner var ki, onların əksəriyyəti sabiq Yuqoslaviyadandır. Özümü burada çox rahat hiss edirəm”.