“Lans”ın sabiq futbolçusu Azərbaycandan təklif alıb
21.08.2013 - 12:48
“Lans”ın sabiq futbolçusu Azərbaycandan təklif alıb
Serbiya millisinin sabiq futbolçusu Deyan Milovanoviç Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi adını açıqlamaq istəmədiyi təmsilçimizlə danışıqlar aparıbmış.

Vətənində “Srvena Zvezda”, Yunanıstanda “Panionios”, Fransada “Lans” klublarının şərəfini qorumuş orta sahə oyunçusu gələcək karyerası ilə bağlı qərar verməkdə çətinlik çəkir. Serbiyanın OFK klubunun da israrla transfer etməyə çalışdığı futbolçu hələlik təklifləri nəzərdən keçirir: “Azərbaycan və İran klublarının maraq dairəsində olsam da, karyeramı vətəndə davam etdirməyim istisna deyil. Karyeramı məhz OFK-da davam etdirəcəyimlə bağlı məsələ hələlik açıq qalır”.

Qeyd edək ki, Milovanoviç Serbiya yığmasında 2 oyun keçirib.