Bahodir Nasimov “Bakı”ya qarşı oynaya bilməyəcək
21.08.2013 - 13:35
Bahodir Nasimov “Bakı”ya qarşı oynaya bilməyəcək
“Neftçi”nin futbolçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət olunub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu yığmasının heyətində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı keçiriləcək pley-off oyunlara çağırılıb. Özbəkistan ilk oyununu sentyabrın 6-da səfərdə, 10-da isə keçirəcək.
Nasimov bu oyunlara hazırlıq məqsədilə avqustun 28-dən sentyabrın 5-dək və sentyabrın 7-dən 10-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da dəvət alıb. Bu isə o deməkdir ki, cari çempionatımızın ən sərrast oyunçularından biri V turda avqustun 31-də “Bakı” ilə matçda komandasına kömək etməyəcək.