“Qarabağ”da 10 yubiley
21.08.2013 - 14:12
“Qarabağ”da 10 yubiley
Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Ayntraxt” klubu ilə sabah keçiriləcək oyun “Qarabağ”ın bəzi futbolçuları üçün yubileylərlə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin 5 futbolçusu avrokuboklarda yubiley matçını keçirə bilər.

Bunun üçün onların sadəcə, meydana çıxması yetərlidir. Daha 5 oyunçu üçün isə bu yubiley 2009-cu ildən Avropa Liqası adlanan UEFA kuboku ilə bağlıdır. 10 mümkün yubiley 7 futbolçunun hesabındadır. Belə ki, oyunçulardan 3-ü həm avrokuboklarda, həm də indiki

Avrokuboklarda: Admir Teli – 40-cı, Namiq Yusifov – 25-ci, Muarem Muarem – 15-ci, Murad Səttarlı – 5-ci, Cumbinyo – 5-ci matça çıxa bilər.

UEFA kuboku/Avropa Liqasında: Rəşad Sadıqov – 30-cu, Ansi Aqolli – 20-ci, Namiq Yusifov – 25-ci, Murad Səttarlı – 5-ci, Cumbinyo – 5-ci oyuna çıxa bilər.

Qeyd edək ki, “Ayntraxt”la ilk oyun günü “”Qarabağ”ın daha bir futbolçusu üçün də əlamətdar olacaq. Həmin gün hələ avrokuboklarda debüt etməyən Toğrul Billalı 21-ci ad gününü qeyd edəcək. Komandanın ən məhsuldar üzvü Reynaldo isə qarşılaşmadan 2 gün sonra avqustun 24-də elə 24 yaşını tamamlayacaq.