“Ayntraxt” üçün milyonlar
21.08.2013 - 14:46
“Avrokuboklarda çıxış etmək bizim arzumuz idi. Özü də təkcə futbolçuların deyil, həm də azarkeşlərin”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubunun maliyyə direktoru Aksel Gelman deyib.
Avropa Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu ilə görüşəcək Frankfurt təmsilçisinin rəsmisi oyunun dəyərindən danışıb: “Qarabağ”ı keçib qrup mərhələsinə yüksəlmək maliyyə baxımından da sərfəlidir. Belə olan halda, 5 milyon avroya yaxın qazana bilərik. Bizim kasad büdcəmizə belə əlavə gəlirlər gələcək üçün gözəl imkanlar yaradır”.
Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt arasında ilk oyun sabah keçiriləcək.

0
0