Axırıncı aşırım
21.08.2013 - 15:35
Sabah Avropa Liqasında son təsnifat mərhələsinin oyunları start götürəcək. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı yarışlarda yeganə təmsilçimiz olan “Qarabağ” çətin sınağa çıxacaq. Komandamızın qrup mərhələsinin bir addımlığındakı rəqibi Almaniya Bundesliqasında ötən mövsüm 6-cı yeri tutan “Ayntraxt”dır.
Düzdür, Frankfurt təmsilçisi cari çempionata uğursuz başlayaraq, hər 2 oyunda uduzub. Xüsusilə, startda yüksək liqaya qayıdan “Herta”dan Berlində alınan 1:6 hesablı məğlubiyyət böyük müzakirələrə səbəb oldu. Ancaq bundan sonra “Ayntraxt” evdə “Bavariya”ya uduzsa (0:1) da, həmin matçda pis təsir bağışlamadı. Hətta çempiona təmiz qol vursa da, hakim səhvən oyundankənar vəziyyət qeydə alaraq, topu saymadı.
İstənilən halda, rəqib güclüdü və onun çempionatdakı son nəticələrinə görə arxayınlaşmaq olmaz. Hər halda, Almaniya ilə Azərbaycan çempionatı arasında fərqin böyük olduğu heç kimdə şübhə doğurmur. Düzdür, “Ayntraxt” “Qarabağ”ın 2 il öncə elə bu turnirin son mərhələsində hər 2 oyunda uduzduğu Dortmund “Borussiya”sı da deyil. Üstəlik, ağdamlılar bunadək hazırkı mərhələdə ilk oyununu səfərdə keçirərək, böyük fərqlə uduzmaqla evdəki cavab matçını formallığa çevirirdi. Ancaq indi ilk oyun evdədir və “Qarabağ” çətin Almaniya səfərinə mütləq üstünlüklə yollanmalıdır. Bunun üçünsə qələbə qazanmaq vacibdir. Çünki öz meydanında top buraxmadan heç-heçə etsə belə, bu, şansları azaldacaq.
“Qarabağ”da cəza baxımından problemi olmasa da, heyətdə ciddi itki var. Bu, çempionatın son turunda “Xəzər Lənkəran”la matçda zədələnən Reynaldodur. Braziliyalı sol cinah yarımmüdafiəçisi Avropa Liqasında komandası üçün nə qədər dəyərli futbolçu olduğunu vurduğu 3 qolla ən sərrast oyunçu kimi göstərib. Ancaq legioner ən yaxşı halda, cavab matçına hazır ola bilər.
Bundan əvvəlki mərhələdə İsveçin “Gefle” klubu ilə səfər matçında isə digər braziliyalı yarımmüdafiəçi – Riçard Almeydanın zədə üzündən xidmətindən yararlana bilməyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hazırkı vəziyyətdə əsas heyətdə dəyişiklik etməli olacaq. Belə ki, yarımmüdafiənin sol cinahında makedoniyalı Muarem Muarem oynaya bilər. Ancaq o, son vaxtlar əsas heyətdə yerini itirərək az oynayır. Vüqar Nadirovun sağaldığını nəzərə alsaq, start heyətə qayıdaraq yarımmüdafiənin sağ cinahında yerini tuta, onu əvəzləmiş solaxay futbolçu Con Leroy isə sol cinaha çəkilə bilər.
3-cü dəfə turnirin son təsnifat mərhələsinə çıxan ağdamlıların heyətində Almaniyada oynadıqları vaxtdan rəqibi yaxşı tanıyan futbolçular da var. Belə ki, əsas qapıçı Miro Varvodiç “Köln”dən, hücumçu Nikolas Gelaşvili isə “Bohum”dan gəlib. Sonuncu Avropa Liqası oyunlarında real qol imkanlarını qaçırmaqla tənqidlərə məruz qalıb. Ancaq buna görə ruhdan düşməyən legioner çempionatımızda son 2 oyunda meydanı qolsuz tərk etmir. İndi o, yeni klubunun heyətində beynəlxalq miqyasda da qol hesabını açmaqla, üzərindəki gərginliyi tam aradan götürə bilər.
Qeyd edək ki, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Şimon Marçinyakın başçılıq etdiyi polşalı hakimlər briqadası idarə edəcək.

0
0