“O vaxtkı “Qarabağ” fərqli idi”
21.08.2013 - 17:12
Bu gün "Ayntraxt"ın baş məşqçisi Armin Fe Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis ilk olaraq Avropa Liqasının son təsnifat mərhələsində "Qarabağ"ıa sabahkı oyunla bağlı fikirlərini açıqlayıb.
- "Qarabağ"ı Bundesliqada hansı komanda ilə müqayisə etmək olar?
- Sözün düzü, indi bunu konkret demək asan deyil. Çünki Azərbaycan liqası haqda məlumatım yoxdur. Qarabağ"ın Avropada rəqibləri Bundesliqa komandası səviyyəsində olmayıb. Yaxşı baş məşqçiləri var, topla yaxşı oynayırlar. Buna görə bizə asan olmayacaq. Futbolçularım qalib gəlmək üçün bütün güclərini qoymalı olacaq.
- "Qarabağ" 2 il öncə turnirdə "Borussiya" ilə üzləşib...
- Bu, əvvəl olub. O vaxtkı "Qarabağ" fərqli idi.
- Maraqlıdır, "Borussiya"nın baş məşqçisi Yurgen Kloppdan məsləhət almısınız?
- Yox.
- Bəs Azərbaycandan, məsələn, Bernard Lippertdən, Berti Foqtsdan...
- Onlar öz futbolçuları haqda düşünürlər və mənə məlumat verməzdilər.
- Bakıya əsas hansı məqsəd üçün gəlmisiniz?
- Hər halda, yaxşı nəticə gözləyirik. Biz istəyirik ki, biz burdan nəticə ilə qayıtmalıyıq ki, qrupa düşək. Biz bunu həqiqətən istəyirik. "Qarabağ"ın üstünlüyü ondadır ki, bizdən çox oyun keçirib.
- İlk turda "Herta"ya gözlənilməz 1:6 hesablı məğlubiyyəti nə ilə izah edərdiniz?
- Bu, qeyri-sabitliklə bağlı deyil. Hesab edirəm ki, "Bavariya"ya qarşı başabaş oynadıq. Hətta xal qazanmağa layiq idik. Ancaq hakim halal qolumuzu saymadı.
- "Qarabağ"ın müdafiə xəttini necə dəyərləndirərdiniz?
- Biz hələ bu rəqibə oynamamışıq. Futbolçularım rəqibin üstün və cəhətləri haqda oyundan 1 gün öncə məlumat veririk. Bu isə məşqdən qabaq olduğundan, oyunçularımız "Qarabağ" haqda hələ bir şey deyə bilməz
- Komandanızın kapitan Pirmin niyə Bakıya gəlməyib?
- Çünki ötən mövsümün sonunda zədələndikdən sonra bərpa prosesi keçib. Hələ tam hazır deyil. İndi oynatsaydıq, bərpasına yenə vaxt gedəcəkdi. Onun növbəti turda oynayacağını deyə bilmərəm. Ondan başqa Sebastyan Yanq da görüşdə iştirak etməyəcək.
- "Qarabağ"ın kimisə fərqləndirərdiniz?
- Rəqibimiz topla oynamağı sevir. Ancaq "Qarabağ"da kimisə fərqləndirə bilmərəm. Ümumiyyətlə, komandamızın üstün, yaxud zəif cəhətlərini sizə deməyəcəm.
- Komandanız hücum, yoxsa müdafiə futbolu oynayacaq?
- Bunu indidən deyə bilmərəm. Oyunun gedişi bunu göstərəcək.
- Bakıdakı isti oyununuza təsir göstərə bilərmi?
- Yox. Çünki Almaniyada da son günlər istidir.
Mehman SÜLEYMANOV

0
0