“Simurq”da 1 itki
21.08.2013 - 17:11
“Simurq”da 1 itki
Zaqatalanın “Simurq” klubu Topaz Premyer Liqasının IV turunun Bakı“ ilə oyununa tam heyətlə hazırlaşa bilmir. Apasport.az saytının məlumatına görə, buna səbəb Tural Axundovun komanda ilə məşqlərə qatılmamasıdır.

III turun “Neftçi” ilə oyununda zədələnən futbolçu yüngül ağrılar hiss etdiyindən hələ də fərqi məşq edir. Onun "Bakı" ilə görüşdə meydana çıxıb-çıxmayacağı həkimlərin qərarından asılı olacaq. Əvəzində bir müddətdir zədədən əziyyət çəkən Rövşən Əmiraslanov artıq hazırlıqlara qoşulub.