Aleksandr Meyer: Bakıdan nəticə ilə qayıtmaq istəyirik
21.08.2013 - 17:22
Aleksandr Meyer: Bakıdan nəticə ilə qayıtmaq istəyirik
“Bilirik ki, bizə "Qarabağ"la çətin oyun gözləyir. Ancaq "Bavariya"ya qarşı göstərdiyimiz əzmkarlığı göstərib, Bakıdan nəticə ilə qayıtmaq istəyirik". Apasport.az saytının məlumatına görə, bu fikirləri "Aytraxt"ın təcrübəli futbolçusu Aleksandr Meyer bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

Bakıya gəlməyən Pirmin Şvegerin yoxluğundan kapitan sarğısını "QArabağ"la sabahkı oyunda daşıyacaq hücumçu ümidləri doğrultmaq fikrindədir: "Yaxşı olardı ki, kapitanımız Bakıda olardı, nəinki sarğını mən daşıyım. Mən 7 ildən sonra avrokuboklarda oynayacağam. Bu, mənim üçün xüsusi hissdir. Həmişə demişəm ki, mənim üçün qol vurmaq yox, komandamın uğuru vacibdir. Sabah qol vuracağımı, bunun başla, yoxsa necə olacağını indidən deyə bilmərəm".

Mehman SÜLEYMANOV