“Real”da zədə şoku
21.08.2013 - 18:49
“Real”da zədə şoku
Madrid “Real”ının futbolçusu Xabi Alonso zədələnib. Apasport.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Belə ki, 32 yaşlı yarımmüdafiəçinin sağ ayaq sümüyündə qırıq aşkarlanıb. Həkimlərin dediyinə görə, Xabi təxminən 3 ay futbol oynaya bilməyəcək.

Qeyd edək ki, ispaniyalı futbolçu 2009-cu ildə İngiltərənin “Liverpul” klubundan “Real”a transfer olunmuşdu.