“Yuventus”dan “Real” və “Arsenal”a xəbərdarlıq
21.08.2013 - 21:56
“Yuventus”dan “Real” və “Arsenal”a xəbərdarlıq
“Yuventus”un idman direktoru Cuseppe Marotta futbolçuları Paul Poqba ilə bağlı yayılan transfer xəbərlərinə cavab verib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan klub rəsmisi 20 yaşlı yarımmüdafiəçini satmayacaqlarını deyib.

Marotta bu barədə fikirlərinin qəti olduğunu bildirib: “Poqbanı istəyənlər onu unutsun. Gələcək təklif necə olursa olsun, onu satmağı ağılımızdan belə keçirmirik”.

Qeyd edək ki, Fransa U20 millisinin də kapitanı olan Poqba “Real” və “Arsenal”ın transfer hədəfindədir.