Mourinyo: Runini transfer edə bilməsək...
21.08.2013 - 23:02
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo yeni mövsüm üçün transfer planlarından danışıb. Apasport.az saytının məlumatına görə, Mourinyo “Mançester Yunayted”in hücumçusu Ueyn Runini transfer edə bilməsələr, başqa forvardlara yönələcəklərini deyib.
Portuqaliyalı mütəxəssis transfer hədəfləri ilə bağlı bu sözləri deyib: “Bizim B və C planlarımız var. Amma məndən bu futbolçuların adlarını soruşmayın. Həmin oyunçuların klublarını çətin vəziyyətə salmaq istəmərəm. Heyətimizə daha bir futbolçu transfer edəcəyik. Hücum bölgəsini gücləndirmək istəyirik”.
Qeyd edək ki, “Çelsi” “Anji”nin kamerunlu forvardı Somuel Eto O ilə də maraqlanır.

0
0