“Barselona” növbəti müqaviləyə hazırlaşır
21.08.2013 - 23:13
“Barselona”nın futbolçusu Martin Montoyanın meneceri Jozep Maria Orotbiq oyunçusunun gələcək karyerası barədə danışıb. Apasport.az saytının məlumatına görə, Orotbiq “İnter” və “Napoli”nin hədəfində olan 22 yaşlı müdafiəçinin klubdan ayrılmayacağını deyib.
Menecer Montoyanın Kataloniya təmsilçisi ilə müqavilə yeniləyəcəyini bildirib: “İnter” və “Napoli” Montoyanı transfer etmək istəyir. Ancaq “Barselona” rəsmiləri hər iki kluba da futbolçunu satmayacaqlarını deyib. Növbəti həftələrdə Montoya klubu ilə müqavilə yeniləyəcək. Futbolda imkansız bir şey yoxdur. Amma Martinin “Barselona”dan getməyi çox çətin məsələdir”.
Qeyd edək ki, ispaniyalı futbolçu “Barselona” klubunun yetirməsidir.

0
0