İspaniya Superkuboku: Vilya hesabı açdı, Neymar bərabərləşdirdi
22.08.2013 - 03:25
İspaniya Superkuboku: Vilya hesabı açdı, Neymar bərabərləşdirdi
Futbol üzrə İspaniya Superkuboku uğrunda ilk oyun keçirilib. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu “Barselona” və Kral Kubokunun qalibi “Atletiko” üz-üzə gəlib.

Madrid klubunun meydanında keçirilən arasında ilk görüşdə hesabı da ev sahibi komanda açıb. bu mövsüm məhz “Barselona”dan “Atletiko”ya keçən David Vilya erkən qolla sabiq komandasının cəzalandırıb. Amma Dieqo Simeonenin yetirmələri hesabı sona qədər qoruya bilməyib. Oyuna ikinci hissədə daxil olan Kataloniya klubunun yeni transferi Neymar ilk rəsmi matçında qol vuraraq hesabı bərabərləşdirib. Oyunda başqa qol olmayıb və tərəflər meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü avqustun 28-də baş tutacaq.

İspaniya Super Kuboku (İlk oyun)
22 avqust


“Atletiko” – “Barselona” – 1:1
Qollar: D.Vilya, 12 – Neymar, 66.