“Qalatasaray”da toy
22.08.2013 - 04:58
“Qalatasaray”da toy
“Qalatasaray” basketbol komandasının oyunçusu Cenk Akyol ilə “Eczaçıbaşı”nın voleybolçu xanımı Naz Aydəmir evlənib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toy mərasimində “sarı-qırmızılı” klubun rəsmiləri də iştirak edib.

Türkiyə Futbol Federasiyasının sabiq rəhbəri Məhmət Əli Aydınlar və “Qalatasaray” prezidenti Ünal Aysal isə nigah şahidi olublar.